"Fənərbaxça" almaniyalı məşqçi ilə anlaşdı

02:42 18 Mart 2022

"Fənərbaxça" Yoahim Lövü baş məşqçi postuna gətirəcək.

Sportarena.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul klubu almaniyalı mütəxəssislə razılıq əldə edib.

62 yaşlı məşqçi növbəti mövsümdən "Fənər"i çalışdıracaq. O, rəhbərlikdən "Bavariya"nın futbolçusu Coşua Zirkzenin komandaya keçməsini istəyib.

Löv 1998-1999-cu illərdə də “Fənərbaxça”nı çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti