Dmitri Nazarovun komandası darmadağınla uduzdu

02:48 19 Mart 2022

Azərbaycan millisində oynamış Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge Aue” ikinci Bundesliqada növbəti oyununu keçirib.

Sportarena.az xəbər verir ki, millimizin futbolçusunun komandası evdə “Karlsruer” ilə oynayıb. Matç Aue klubunun 0:3 hesablı məğlubiyyətilə yekunlaşıb. Start heyətində meydana çıxan yarımmüdafiəçi 69-cu dəqiqədə komanda yoldaşı ilə əvəzlənib. "Erzgebirge Aue" hazırda 18 klub arasında 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti