Türkiyə çempionatı: “Trabzonspor” səfərdən xalsız döndü

12:11 19 Mart 2022

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
 
Lider “Trabzonspor” “Rizəspor”un qonağı olub. Trabzonlular beş qolun qeydə alındığı bu görüşdə məğlubiyyətə üzülüblər.
 
Günün digər matçında “Fatih Karagümrük” “Kayserispor”la üz-üzə gəlib. Meydan sahibləri bu matçda darmadağına seviniblər.
 
Türkiyə Super Liqası
30-cu tur
 
Rizəspor – Trabzonspor 3:2
Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.Ömür, 48. Djanini, 70.
 
Fatih Karagümrük – Kayserispor 3:0
Qol: E.Mor, 10; 36; 75.


Digər xəbərlər

Xəbər xətti