Mesut Özil ABŞ klubuna keçir

00:10 28 Mart 2022

"Fənərbaxça"da heyətdən uzaqlaşdırılan Mesut Özil mövsümün sonunda İstanbul klubunu tərk edəcək.

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya millisinin sabiq üzvü ABŞ klubuna keçə bilər. Onun "İnter Mayami"yə keçidi gözlənilir.

33 yaşlı futbolçunun Devid Bekhemin sahibi olduğu kluba keçməyə razılıq verdiyi bildirilib.

Qeyd edək ki, Özilin "Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartalla yola getmədiyi haqda xəbərlər yayılıb.


Xəbər xətti