"Mançester Yunayted"in futbolçusu silahlı soyğuna məruz qaldı

01:02 28 Mart 2022

"Mançester Yunayted"in yarımmüdafiəçisi Tahit Çon silahlı soyğuna məruz qalıb.

Sportarena.az  "The Sun" qəzetinə istinadən xəbər verir ki, hazırda icarə əsasında "Birmingem"də oynayan Tahitin evinə yanvarın 16-da 3 silahlı soyğunçu girib. Onlar yatmış futbolçunun boğazına bıçaq dirəyərək bahalı saatları və qızıl-zinət əşyalarını tələb ediblər.

Polis baş verən hadisənin iştirakçılarının kimliyini hələ də müəyyənləşdirə bilməyib.

Qeyd edək ki, bu il  "Mançester Yunayted" və "Mançester Siti"də çıxış edən daha 4 futbolçu soyğuna məruz qalıb. 


Digər xəbərlər

Xəbər xətti