“Neftçi” və MOİK-dən növbəti qələbə

02:40 28 Mart 2022

kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü dövrənin növbəti oyunları keçirilib. Sportarena.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında baş tutan çempionatın 13-cü turuna “Neftçi” - “Sərhədçi” matçı ilə start verilib. Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib- 3:0 (25:7, 25:18, 25:15).
 
Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu qarşılaşmada da qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə edib. 
 
Beləliklə, 13-cü turdan sonra “Neftçi” 28 xalla turnir cədvəlinə liderlik edir, bu turda istirahət edən “Murov”un 26, MOİK-in 18, “Ekspress”-in 6 var. “Sərhədçi” komandasının isə xalı yoxdur.


Digər xəbərlər

Xəbər xətti