"Şimali Makedoniya çətin rəqib olacaq" - Portuqaliya millisinin baş məşqçisi

02:50 28 Mart 2022

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin pley-off mərhələsinin finalında Şimali Makedoniya ilə oyun öncəsi fikirlərini bildirib.

Sportarena.az xəbər verir ki, o, UEFA-nın saytına açıqlamasında deyib: "Mən həmişə demişəm ki, Şimali Makedoniya və ya İtaliya ilə oynaya bilərik. Bu matçlar finaldır və finallar həmişə çətin olur. Türkiyəni məğlub etdik və indi ikinci oyunda qalib gəlmək fikrindəyik. Diqqət yetirəcəyimiz şey budur. Şimali Makedoniya çətin rəqib olacaq. Əgər İtaliyanı məğlub edə bildilərsə, güclü rəqibdirlər".

Qeyd edək ki, martın 29-u keçiriləcək Portuqaliya - Şimali Makedoniya görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti