“Formula 1" üzrə Səudiyyə Ərəbistanı qran-prisinin qalibi müəyyənləşib

03:33 28 Mart 2022

“Formula 1" üzrə Səudiyyə Ərəbistanı qran-prisinə yekun vurulub. 50 dövrəlik mübarizənin qalibi adını son dünya çempionu Maks Ferstappen qazanıb.
 
"Red Bull"un niderlandlı pilotu "Ferrari" pilotları Şarl Lekler və Karlos Saynsı geridə qoyub. "Red Bull"un daha bir pilotu Serxio Peres isə dördüncü olub.
 
Mövsümün ikinci qran-prisindən sonra xalını 45-ə çatdıran Lekler şəxsi hesabda liderliyini möhkəmlədib. Sayns 33 xalla 2-ci, Ferstappen 25 xalla 3-cüdür.
 
Konksruktorların mübarizəsində isə "Ferrari" 78 xalla 1-ci, "Mercedes" 38 xalla 2-ci, "Red Bull" 37 xalla 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti