Zədə səbəbindən Malta ilə keçirilən yoldaşlıq oyununda (0:1) iştirak etməyən millimizin hücumçusu Namik Ələskərovdan xəbər var.
Sportarena.az xəbər verir ki, məşq zamanı zədələnən 27 yaşlı futbolçunun durumu ilə bağlı AFFA-dan onun çıxış etdiyi "Bursaspor" klubuna məlumat verilib. Federasiyadan təcrübəli oyunçunun durumunun yaxşı olduğu və Latviyay ilə yoxlama matçının heyətində yer alacağı bildirilib.
Qeyd edək ki, Latviya - Azərbaycan görüşü sabah Bakı vaxtisə saat 15:00-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda baş tutacaq.