Türkiyənin məhşur "Survivor" yarışmasında futbol matçı keçirilib.
Sportarena.az xəbər verir ki, görüş "Survivor All Star" komandası ilə "Acun Media" arasında baş tutub. Matç "Acun Media"nın 6:2 hesablı qələbəsiylə başa çatıb.
"Survivor All Star" komandasının heyətində azərbaycanlı idmançı, kikboksinq üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev də iştirak edib. Digər komandada isə "Beşiktaş"ın sabiq baş məşqçisi Sergen Yalçın oynayıb. Təcrübəli mütəxəssis bu matçda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.