Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanda keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportarena.az xəbər verir ki, 79 kq-da mübarizə aparan Əşrəf Aşırov yarımfinalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə 13:7 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Bundan əvvəl Hacı Əliyev və Əliabbas Rzazadə həlledici görüşə vəsiqə əldə edib.