İtaliya millisinin üzvü həbs edildi

01:01 29 Mart 2022

Futbol üzrə İtaliyanın “Cenoa” klubunun hücumçusu Manolo Portanova həbs edilib. Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu gənc qıza cinsi təcavüzdə ittiham olunur.
 
Hadisə 2021-ci il mayın 30-da Siena şəhərinin mərkəzindəki mənzildə baş verib. Onunla yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq. Daha əvvəl onlar ev dustaqlığına buraxılsa da, 10 aylıq araşdırmadan sonra prokuror şübhəlilərin həbsi barədə göstəriş verib.
 
Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.


Digər xəbərlər

Xəbər xətti