“Qarabağ”ın legioneri San Marino üzərində qələbəyə sevindi

01:20 29 Mart 2022

Dünyanın yaşıl meydanlarında yığma komandalar arasında növbəti yoxlama oyunları keçirilib.
 
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın futbolçuları Patrik Andrade ilə Leandro Andradenin formasını geyindiyi Kabo Verde yığması da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda San Marino ilə qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib. Leandro Andrade də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Patrikin adı isə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
Günün digər oyunlarına gəlincə, Yunanıstan yığması Monteneqro ilə sınaq matçında minimal hesabla uduzub.
 
Yoxlama oyunları
 
Qvatemala – Haiti 2:1
Beliz – Kuba 0:3
Qayana – Barbados 5:0
Kabo Verde – San Marino 2:0
Andorra – Qrenada 1:0
Monteneqro – Yunanıstan 1:0


Digər xəbərlər

Xəbər xətti