Yığmamız Belarusa uduzdu

21:50 29 Mart 2022

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

Sportarena.az xəbər verir ki, yığmamız belaruslu həmyaşıdları ilə qarşılaşıb. "Bakcell Arena"da oynanılacaq görüş saat 19:00-da başlayıb. Matçı Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edib.

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-i Estoniyaya 3:0 hesabı ilə  qalib gəlmişdi.

29 mart
 
19:00. Azərbaycan – Belarus 1:3

Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. “Bakcell Arena”


Xəbər xətti