Daha bir beynəlxalq idman qurumundan Rusiyaya cəza

13:21 29 Mart 2022

Beynəlxalq Biatlon İttifaqı (İBU) Rusiyanın quruma üzvlüyünü dayandırıb. Sportarena.az xəbər verir ki, bu barədə İBU-nun rəsmi saytı məlumat yayıb. İcraiyyə Şurası yekdilliklə Rusiya ilə bağlı qərar çıxarıb.
 
Rusiya Biatlon İttifaqı ilə yanaşı, Belarusun yerli təşkilatı da eyni cəza ilə üzləşib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib. 


Digər xəbərlər

Xəbər xətti