“Yuventus” yayda “Real”ın futbolçusu Marko Asensio ilə müqavilə imzalamağa çalışacaq. Turin təmsilçisi 26 yaşlı futbolçuya klubu tərk edəcəyi gözlənilən Paulo Dibalanın əvəzləyicisi gözüylə baxır.
Turin klubu ispaniyalı vingerə illik 7 milyon avro ödəməyə hazırdır.
Asensionun “Real”la müqaviləsi gələn ilin yayında başa çatacaq.