Nigeriya mundialdan kənarda qaldı, azarkeşləri stadionu dağıtdı

11:15 30 Mart 2022

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Nigeriya - Qana matçından sonra yerli azarkeşlər iğtişaş törədiblər. 1:1 hesablı nəticə ilə Qana mundiala vəsiqə qazanıb. Nigeriya millisi isə 2006-cı ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb.
 
Bununla barışmayan nigeriyalı fanatlar oyundan sonra meydana girib və hər şeyi məhv etməyə başlayıb. Polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.


Digər xəbərlər

Xəbər xətti