FİFA-da prezident seçkiləri keçiriləcək.
Sportarena.az ali qurumun rəsmi saytına istinadən xəbər verir ki, seçkilər gələn il təşkilatın 73-cü Konqresi zamanı keçiriləcək.
Çərşənbə günü FİFA şurasının iclasında seçkilərin təqvimi təsdiq edilib.
Cədvələ əsasən, seçki dövrü 31 mart 2022-ci ildə başlayacaq.
Ərizələrin verilmə müddəti konqresdən dörd ay əvvəl, buraxılmış namizədlər barədə bildirişin müddəti isə konqresdən bir ay əvvəl başa çatacaq.
Xatırladaq ki, FİFA-nın hazırkı prezidenti isveçrəli Canni İnfantinodu. O, ali quruma 2016-cı ildən rəhbərlik edir.