Məşhur hücumçu PSV-nin baş məşqçisi seçilib

10:18 31 Mart 2022

Niderlandın PSV klubunun yeni mövsüm üçün baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Eyndhoven təmsilçisini Ruud van Nistelrooy çalışdıracaq. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Ruud van Nistelrooy bu postda mövsümün sonunda komandadan ayrılacaq Rojer Şmidti əvəz edəcək.

 

Qeyd edək ki, futbolçu karyerası ərzində PSV, "Mançester Yunayted", "Real", "Hamburq" kimi klublarda çıxış etmiş keçmiş hücumçu hazırda PSV-nin U-21 komandasının baş məşqçisidir.


Digər xəbərlər

Xəbər xətti