Cüdoçularımız Böyük Dəbilqə turnirində mübarizəyə start verir

11:22 1 Aprel 2022

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.

Sportarena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 7 cüdoçusu mübarizəyə başlayacaq. Turan Bayramov (60 kq)  1/16 finalda livanlı Felipe Dakruz ilə, Rövşən Əliyev (60 kq) isə ukraynalı Dilşot Xalmatovla üz-üzə gələcək. 66 kq-da Yaşar Nəcəfov təsnifatda ABŞ təmsilçisi Adonis Diasla, Orxan Səfərov isə 1/16 finalda Sayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq. 

Qadınların mübarizəsində 1/16 finalda 48 kq-da Şəfəq Həmidova serbiyalı Andrea Stoyadinovla, Leyla Əliyeva kubalı Aliani Kubkarbonnel Yulianla görüşəcək.  52 kq-da Gültac Məmmədəliyeva isə qazaxıstanlı Qaxar İrmaqambetova ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.


Digər xəbərlər

Xəbər xətti