Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi açıqlama verib.
Sportarena.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan italiyalı mütəxəssis müqaviləsinin sonuna kimi işini davam etdirəcəyini bildirib:
"Müqaviləm var. Millətlər Liqasının sonuna qədər burdayam. Azərbaycan millisindəki işimi davam etdirəcəyəm".
Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi 2022-ci ilin noyabr ayına qədərdir.