UEFA Konfrans Liqasında iştiraka görə “Qarabağ”a növbəti maliyyə vəsaiti ayırıb. Azərbaycan təmsilçisi ilk dəfə təşkil edilən turnirin pley-off mərhələsində çıxış etdiyi üçün büdcəsinə daha 300 min avro əlavə edib.
Bu vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa təmsilçisi “Marsel”ə məğlub olaraq mübarizəni dayandırıb.