Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqanın XX turunun “Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XX turun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).