“Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə müddətini uzadıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.
2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato komandanın heyətində keçirdiyi 22 matçda 2 qol vurub.