FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb. 35 yaşlı baş hakim Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, "Olimpiakos" və AEK komandaları arasında çempionluq qrupunun 3-cü tur matçında ədaləti qoruyacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bu qarşılaşmanın aprelin 3-də keçiriləcəyi diqqətə çatdırılıb.