Nazarovun komandasından növbəti məğlubiyyət

01:32 2 Aprel 2022

Almaniya II Bundesliqasında XXVIII turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" səfərdə "İnqolştadt"ın qonağı olub. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 62-ci dəqiqədə əvəzlənib.

 

19 xal toplayan "Erzgebirge" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti