Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. "Qarabağ" "Səbail"i qəbul edib. Günün son matçında "Sumqayıt" evdə "Sabah"la qarşılaşıb.
Tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
2 aprel (şənbə)
"Qarabağ" – "Səbail" 5:1
Qol: Leandro Andrade, 3, 41, Ramil Şeydayev, 53, 56, Elvin Cəfərquliyev, 86 - Nikolas Raysel, 62 (pen)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Azersun Arena".
“Sumqayıt” – “Sabah” 3:0
Qol: Aleksey İsayev, 22, Xuan Kamara, 25, Coy-Lens Mikels, 60
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.