"Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Topa yaxşı nəzarət edirdik. İlk yarıda 2 qol vurduq. Bu, bizə müəyyən mənada inam verdi. Tətbiq etdiyimiz pressinqlər yaxşı alınsa da, keçidlərdə keyfiyyəti daha da artırmaq lazımdır. Rəqibə fürsətlər yaratmaq imkanı verməməyimiz yaxşı haldır. Amma daha da yaxşı ola bilərik”.