Kamran Əliyev oynadı, komandası heç-heçə etdi

10:19 3 Aprel 2022

Rusiya I Divizionunda 30-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin çıxış etdiyi “SKA-Xabarovsk” doğma meydanda “Olimp-Dolqoprudnı” ilə qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.

 

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.

 

“SKA-Xabarovsk” 30 turdan sonra 49 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti