Daha bir ukraynalı futbolçu qətlə yetirildi

16:44 3 Aprel 2022

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində daha bir futbolçu həyatını itirib.

Sportarena.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, "Çayka”nın sabiq futbolçusu Aleksandr Suxenkonun nəşi Kiyev vilayətindəki meşəlikdə tapılıb.

O, valideynləri ilə birlikdə öldürülüb.

Suxenkodan əvvəl isə Rusiya hərbi qoşunları "Krivbas" klubunun eks futbolçusu Volodimir Kolesnik, “Qostomel”də oynamış Dmitri Martinenko, “Karpatı”nın futbolçusu Vitali Sapilo və “Sluçk”un üzvü Boqdan Semençuku qətlə yetirib. 


Digər xəbərlər

Xəbər xətti