Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxıb.
Sportarena.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı cüdoçunun rəqibi kanadalı Kayl Reyes olub. Rəqibinə "ippon" xalı ilə qalib gələn Qasımov yarışın bürünc medalına sahib çıxıb.
Beləliklə, "Böyük Dəbilqə"yə 17 nəfərlik heyətlə qatılan Azərbaycan millisi turniri bir medalla başa vurub.