“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Zirə” bu gün bizdən üstün idi. Biz heç nə göstərə bilmədik. Bu vəziyyəti anlamağa çalışıram. Artıq ikinci ildir ki, belə hallarla rastlaşırıq. Nəsə oynayasan ki, danışasan. Özümüz nəsə etməliyik ki, danışa bilək. Rəşad Sadıoqv məndən daha çox danışa bilər. Çünki onun komandası daha yaxşı idi”.
Eddi İsrafilov qırmızı vərəqə gördü. Amma xalların əldən çıxmasında tək günahkar Eddi deyil. Qırmızı vərəqə alması, ondan çox iki oyunçunun etdiyinə görə idi. Bəlkə də qırmızı almağa məcbur qaldı. Ümumiyyətlə, biz bu gün meydanda yox idik".
Abasov Azər Əliyevin yerli statusda oynaya bilməməsinə də toxunub: "İki ay ərzində tutarlı cavab ala bilməmişəm. Bu, komandamıza təsir edir. Deyilənlərə görə özü üçün maraqlıdır. Yığmada oynamaq istəyir. Ətrafında isə nələr baş verir. Nələr baş verdiyini çox yaxşı olar ki, klubdan, özündən və AFFA-dan soruşarsınız".
Baş məşqçi Mirabdulla Abbasovun əvəzedici komandada olmasına da münasibət bildiirb: "O, bizə lazım deyil. Ona görə göndərmişik”.
Mütəxəssin sözlərinə görə, komanda oynamırsa, baş məşqçi günahkardır: "Eddi qırmızı vərəqə aldı, xal itirdik düz deyil. Günahkar bizik. Bu məsələlərə girməyək. Baş məşqçi mənəm. Çalışıram ki, vəziyyəti başa düşüm. Ötən il əla gedirdik. Futbolçular millilərə getdilər, gəldilər, “Sumqayıt”a 0:2 uduzduq. Yığma Malta, Latviyaya uduzub, tənqidlər var. Bəlkə də onlar oynamalı deyil. Mənim günahım var. Digərləri oynasa, onların yerini verəcəklər? Bu da sualdır. Son aylarda Eminin performansında düşüş var. Hansı ki, komandaya da təsir edir. Bəlkə də ötən ilkinin də təsiri var. İlin oyunçusu olub, diqqət ondadır. Bu gün “Neftçi”nin yükünü Buqrin və Kane ilə bölüşmür. Bəlkə bunun altından çıxa bilmir. Görünən odur ki, Eminin pis və ya yaxşı oynaması, bizə təsir edir".
Abasov sabiq oyunçuları Keysuke Hondanın klubsuz qalmasından da danışıb: "Honda gələndə də birinci idik. O bizi birinci etmədi. Onsuzda birinci idik. Qış çempionu kimi getdi. Onda digər uşaqlar nə etdi? Qismətdisə, Honda ilə də ola bilərdik. İndi Hondasız ikinci yerdəyik. Əlbəttə ki, o cür təcrübəliyə ehtiyacımız var. Qapılarımız onun kimi oyunçulara açıqdır. Buraya gələndə şahid oldum, futboldan kənar çox şeylər öyrəndi. İnanmıram ki, özü də bura gəlmək istəyər".
Baş məşqçi Ramazan ayında oruc tutmağın futbolçulara təsir etdiyini deyib: "Futbolçu oruc tuta-tuta oynayırsa, təsir edəcək. Bu gün oyun üçün bəhanə keçərli deyil. Rəqibdə də oruc tutanlar var. Təsir edəcək. Uşaqılara tapşırdım ki, məşqin gedişatında problem hiss etsəz, məşqdən çıxın. Demişik. Qarşısını kəsə də bilmərik. Özümüzə də təsir edir”.