İtaliya çempionatı: “Milan” “Bolonya” ilə bacarmadı

12:31 5 Aprel 2022

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Əvvəlcə “Verona” doğma meydanda autsayderlər sırasında qərarlaşmış “Cenoa”nı sınağa çəkib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar.
 
Çempionatın lideri “Milan” isə evdə “Bolonya” ilə üz-üzə gəlib. Bu komandaların ilk dövrədəki qarşılaşması olduqca dramatik alınmışdı. Milan klubu 9 nəfərlə qalan rəqibini çətinliklə 4:2 hesabı ilə məğlub etmişdi. Bu oyunda isə heç-heçə qeydə alınıb. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.
 
İtaliya A Seriyası
31-ci tur
 
2 aprel
 
Spetsiya – Venetsiya 1:0
Qol: Qyasi, 90+4.
 
Latsio – Sassuolo 2:1
Qol: Lazzari, 17. Saviç, 51 – Traore, 90+4.
 
Salernitana – Torino 0:1
Qol: Belotti, 18-pen.
 
3 aprel
 
Fiorentina – Empoli 1:0
Qol: N.Qonzales, 58.
 
Udineze – Kalyari 5:1
Qol: Bekao, 38. Beto, 45; 49; 73. Molina, 59 – J.Pedro, 32.
 
Atalanta – Napoli 1:3
Qol: De Ron, 58 – İnsinye, 14. Politano, 37. Elmas, 81.
 
Sampdoriya – Roma 0:1
Qol: Mxitaryan, 27.
 
Yuventus – İnter 0:1
Qol: H.Çalhanoğlu, 45+4-pen.
 
4 aprel
 
Verona – Cenoa 1:0
Qol: Simeone, 5.
 
Milan – Bolonya 0:0


Digər xəbərlər

Xəbər xətti