"Atletiko" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Mançester Siti"nin qonağı olacaq.
Sportarena.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone matçdan əvvəl açıqlama verib. O, Çempionlar Liqasını layiq olan komandaların qazandığını bildirib:
"Mançester Siti"nin "Atletiko"dan daha yaxşı oyunçularının olduğu dəqiqdir. "Bavariya" və "Mançester Siti" ötən il Çempionlar Liqasının favoriti idilər. Amma kuboku "Çelsi" qazandı. Burada favoritlər yox, layiq olanlar qazanır".
Qeyd edək ki, "Mançester Siti" - "Atletiko" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da "Siti of Mançester Stadium"də baş tutacaq.