Rusiyalı biznesmen Roman Abramoviç Türkiyədə klub alıb.
Sportarena.az “D-Smart Spor”a istinadən xəbər verir ki, uzun müddətdir Abramoviçin “Göztəpə” ilə danışıqları davam edirdi.
Rusiyalı iş adamanı artıq “Göztəpə”nin səhmlərinə sahib çıxa bilib.
Hazırda İzmir klubu Superliqada heç də yaxşı günlərini yaşamır. Belə ki, klub turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb. Abramoviçin "Göztəpə"nin səhmlərinə sahib çıxmasından sonra azarkeşlər klubun iddialı komandaya çevriləcəyinə inanmağa başlayıb.