Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.
Sportarena.az xəbər verir ki, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan gənclər və idman naziri qonağa Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşqlərin təşkilinin mümkünlüyü qeyd olunub.