Mövsümün sonunda PSJ ilə müqavilə müddəti başa çatacaq Anxel Di Mariya keryerasını İtaliyada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, argentinalı yarımmüdafiəçinin xidmətində "Yuventus" maraqlıdır. Turin klubu onu komandanı tərk etməsi gözlənilən Paulo Dibalaya əvəzləyici kimi görür.
Di Mariya bu mövsüm PSJ-də 25 oyun keçirib, 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.