Emil Balayevin klubu Vladimir Qazzayevlə yollarını ayırdı

15:09 6 Aprel 2022

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Turan” klubunun baş məşqçisi Vladimir Qazzayev istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qazzayevi baş məşqçi postunda müvəqqəti olaraq Kuanış Kabdulov əvəz edəcək.
 
Qazzayevin ailə məsələlərinə görə “Turan”la müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyi bildirilib.
 
Azərbaycan millisinin keçmiş futbolçusu Vaqif Cavadov “Turan”da məşqçi vəzifəsində işləyir.
 
“Turan” bu mövsüm Qazaxıstan Premyer Liqasında keçirdiyi 3 oyundan sonra 1 xal toplayıb və hazırda 14 komanda arasında 13-cü yeri tutur .


Digər xəbərlər

Xəbər xətti