Marselo “Fənərbaxça”da?

17:01 6 Aprel 2022

“Fənərbaxça” mövsümün sonunda bir neçə ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır. “Real”ın braziliyalı müdafiəçisi Marselo “sarı-lacivərdlilər”in maraq dairəsindədir.
 
“Atletiko”nun hücumçusu Luis Suares kimi, Marselonun da yayda azad agentə çevriləcək olması “Fənərbaxça” rəhbərliyinin diqqətini çəkib.
 
Marselo Braziliyanın bir neçə klubu və MLS-də mübarizə aparan “İnter Mayami”nin də hədəfindədir.
 
Marselo 2007-ci ildən “Real”ın formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti