Şahmatçımız FİDE turnirlərində oynamaqdan imtina etdi

10:18 7 Aprel 2022

Azərbaycan şahmatçısı Rauf Məmmədov FİDE bayrağı altında yarışlarda iştirakdan imtina edib. 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.
 
Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FİDE rəhbərliyinin hadisələrə mövqeyinə etiraz edib: “Söz verirəm ki, FİDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”.
 
Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. 


Digər xəbərlər

Xəbər xətti