Avropa Liqası: “Barselona”dan ilk oyunda heç-heçə

01:08 8 Aprel 2022

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Sportarena.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

Gecənin ilk matçı Almaniyada “Leypsiq” və İtaliya “Atalanta”sı arasında olub. Bu qarşılaşmada qalib müəyyənləşməyib.

İspaniya “Barselona”sı isə sözügedən ölkədə “Ayntraxt”ın qonağı olub. Avroliqanın əsas favoritlərindən hesab olunan Kataloniya təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb.

Daha bir oyun İngiltərədə keçirilib. “Vest Hem” doğma meydanda Lion “Olimpik”inin müqavimətini qırmağa çalışıb. Amma bu oyunun da yekun nəticəsi 1:1 olub.

Günün yeganə qələbəsini isə “Braqa” qazanıb. Sözügedən komanda doğma meydanda “Reyncers”i minimal hesabla üstələyib.

Cavab qarşılaşmaları aprelin 14-də oynanılacaq.

Avropa Liqası
1/4 finalın ilk oyunları

“Leypsiq” (Almaniya) – “Atalanta” (İtaliya) 1:1
Qol: Zappakosta, 58-öz qapısına – Muriel, 17.

“Ayntraxt” (Almaniya) – “Barselona” (İspaniya) 1:1
Qol: Knauff, 48 – F.Torres, 66.

“Vest Hem” (İngiltərə) – “Olimpik” (Lion, Fransa) 1:1
Qol: Bouen, 52 – Ndombele, 66.

“Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) 1:0
Qol: A.Ruis, 40.


Digər xəbərlər

Xəbər xətti