"Frayburq" - "Bavariya" oyunu ilə bağlı qərar verildi

10:02 9 Aprel 2022

Almaniya Futbol Federasiyası Bundesliqanın 28-ci turunun "Frayburq" - "Bavariya" oyunu (1:4) ilə bağlı qərar verib.

Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinin apellyasiya şikayətinə baxılıb. 

Münhen təmsilçisi sözügedən görüşdə 10-15 saniyə 12 futbolçu ilə oynayıb. 84-cü və 85-ci dəqiqələrdə “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann iki dəyişiklik edib. Marsel Sabitzer Kinqsli Komanı, Niklas Zyule Korentin Tolissonu əvəzləyib. Ancaq Koman meydanı tərk etməyib. Buna görə də “Bavariya” meydanda 12 oyunçu ilə oynayıb. Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. "Bavariya"nın təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb, bundan sonra matç dayandırılıb. Hakimlər vəziyyəti uzun müddət müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər. Bu qarışıqlığa səbəb ehtiyat hakimin elektron tabloda Komanın 11 nömrəsini yox, 29 nömrəni göstərməsi səbəb olub.

Federasiya "Frayburq"un matçın təkrar keçirilməsi və ya "Bavariya"ya texniki məğlubiyyət verilməsi ilə bağlı istəyini müsbət cavablandırılmayıb.  Sözügedən səhvə Münhen təmsilçisinin yox, hakimlərin yol verdiyi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti