“Xilə”nin futzalçılarına azad agent statusu verildi

10:34 9 Aprel 2022

Futzal üzrə Yüksək Liqada iştirak edən “Xilə” komandası cari mövsümdə üzrsüz səbəbdən 3 oyunda iştirak etmədiyinə görə, İntizam Komitəsinin qərarı ilə yarışdan kənarlaşdırılıb. Sportarena.az xəbər verir ki, bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası komandanın oyunçularına azad agent statusu verib. 
 
“Xilə”nin üzvlərinin xidmətində maraqlı olan klublar həmin oyunçuların keçidini aprelin 16-na qədər qeydiyyatdan keçirə bilərlər.


Digər xəbərlər

Xəbər xətti