Ozan Can qol vurdu, komandasından darmadağın

12:13 9 Aprel 2022

Niderland Eerste Divizyesində (I Liqa) 34-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "Ekselsior"un qonağı olub. Matç futbolçumuzun komandasının 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O. 52-ci dəqiqədə penaltidən komandasının üçüncü qolunu vurub.

 

Xallarını 35-ə yüksəldən "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti