Türkiyənin “Qalatasaray” klubunun prezidenti postuna namizədlərin sayı artıb. İstanbul klubunun idarə heyətində yer alan Begüm Özkan aprelin 30-da keçiriləcək seçkilərdə 3-cü namizəd olacaq.
Buna qədər Mətin Öztürk və Əşrəf Hamamcıoğlunun namizədliyi rəsmiləşmişdi.
Xanım namizəd üçün zəruri olan sənədlərin toplanmasına start verilib.
Klub prezidentliyinə namizədlərin qəbulu sabah başa çatacaq.