Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportarena.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” də var.
129 xalı olan Ağdam klubu ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 106-cı sırada qərarlaşıb. Bakı təmsilçisi isə 81.5 xalla 106-cı yerdən 107-ci sıraya geriləyib.
Siyahıya 312 xalla İngiltərənin “Çelsi” klubu başçılıq edir. Braziliya “Palmeyras”ı 288 xalla ikinci, bu ölkənin digər təmsilçisi “Atletiko Mineyro” isə 285 xalla üçüncüdür.
İlk onluqda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin forma geyindiyi Zaqreb “Dinamo”su da var. Xorvatiya klubu 241 xalla 6-cı pillədə qərarlaşıb.