Mahir Emreli "Dinamo"da ilk qolunu vurdu

10:00 11 Aprel 2022

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında 30-cu tur oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, zaqreblilər "Riyeka" səfərində 2:1 hesabı ilə qələbə qazanıb.

57-ci dəqiqədə meydana çıxan Mahir 79-cu dəqiqədə komandasının ilk qolunu vurub. Bu, Emrelinin Zaqreb təmsilçisində ilk qoludu. Sona az qalmış ikinci qolu vuran "Dinamo" matçı qələbə ilə başa vurub.
 

"Riyeka" - "Dinamo" (Zaqreb) - 1:2
Qollar: 
Cerin 6, (1:0), Emreli, 79 (1:1), Ademi, 86 (1:2) 


Xəbər xətti