"Bu, mənim üçün çox vacib idi" - Mahir Emreli

11:21 11 Aprel 2022

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli çempionatın 30-cu turunda "Riyeka" üzərində qazandıqları qələbəni (2:1) şərh edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmada komandasının bərabərlik qolunu vuran 25 yaşlı hücumçu klubun mətbuat xidmətinə verdiyi açıqlamada xoşbəxt olduğunu bildirib:

 

"Çətin oyun oldu. Bilirik ki, hər qələbə bizim üçün vacibdir. Oyuna yaxşı başlamadıq. Düşünürəm ki, buraxılan qoldan sonra nəzarəti ələ aldıq, yaxşı oynamağa başladıq.

 

"Dinamo"da ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bütün komandanı, azarkeşlərimizi təbrik edirəm.

 

Şükürlər olsun ki, qol vura bildim. Bu, mənim üçün çox vacib idi. Bütün komanda yoldaşlarıma, məni dəstəkləyənlərə, məşqçilər korpusuna təşəkkür edirəm. İşləməyə davam edəcəyik. İrəlidə vacib oyunlar var. Növbəti matçlara hazırlaşacağıq". 


Xəbər xətti