Jelko Kopiç: "Mahir bu qolu çox istəyirdi"

12:02 11 Aprel 2022

Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç ölkə çempionatının 30-cu turunun "Riyeka" ilı matçını (2:1) dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən 45 yaşlı mütəxəssis Mahir Emreli haqda danışıb. Kopiç azərbaycanlı hücumçunun öz səviyyəsini göstərdiyini deyib:

 

"Təbii ki, bu, Mahir üçün çox şey deməkdir. O, özünə böyük ümidlər bəsləyir, amma zədələrlə mübarizə aparırdı. Əvvəlki oyunlarda iki topu dirəkdən döndü. Mahir bu qolu çox istəyirdi. Bu müddət onun üçün əlbəttə ki, asan olmadı, elə mənim üçün də asan deyil. Mahir səviyyəsini göstərdi, gözəl qol vurdu və mən ona görə sevinirəm". 


Xəbər xətti