“Qəbələ”də üç futbolçu məşqlərdə iştirak etmir

00:22 12 Aprel 2022

“Qəbələ”nin üç futbolçusu komanda ilə hazırlıqda iştirak etmir. Sportarena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Fernan Lopes zədədən sonra müalicə prosesini davam etdirir. Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa prosesi keçir.
 
Premyer Liqa çərçivsində keçirdiyi son 5 oyunda cəmi 2 xal qazanan və qələbəyə həsrət olan “Qəbələ” çempionatdakı növbəti matçını aprelin 15-də doğma meydanda “Sumqayıt”a qarşı keçirəcək. Hansı ki, Elmar Baxşıyevin yetirmələri son olaraq məhz bu komanda üzərində səfərdə 4:0 hesablı qələbəyə sevinmişdi. 


Digər xəbərlər

Xəbər xətti